
“AS Texnika” MMC - İlin Kompaniyası - 2006
2006-ci il oktyabrın 19-da Gülistan Sarayında biznes sahəsində “2006-cı ilin Kompaniyası” Milli Mükafatın təqdimatının mərasimi keçirilmişdir. Mükafatın təşkilatçısı “Consulting&Bussiness” jurnalıdır. Layihənin məqsədi: iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, Azərbaycan biznesinin müsbət imicinin yaradılmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına, əhalinin rifah halının yaxşılaşdırılmasına şərait yaratmış şirkətlərin mükafatlandırılması. Öz 1-illik fəaliyyətində misilsiz nailiyyıtlərinə görə “AS Texnika” MMC “Tikinti. Texnika və avadanlıqlar” nominasiyasında mükafatladırıldı. Mükafat şirkətin direktoru cənab F.Z. Orucova təqdim olundu.

